Bakıda zəhərlənənlərin son vəziyyəti AÇIQLANDI

Cəmiyyət

21.04.2025 10:23

13

Bakıdakı şadlıq sarayında zəhərlənənlərin son vəziyyəti açıqlanıb. 

Bu barədə TodayPress-in sorğusuna TƏBİB-dən bildirilib. 

Məlumata görə, zəhərlənənlərin hamısı evə buraxılıb.

Onların vəziyyəti qənaətbəxşdir. 

Xatırladaq ki, hadisə aprelin 18-də Venesiya restoranında baş verib. Zəhərlənmə şübhəsi ilə ümumilikdə 51 nəfər hospitalizasiya olunub. 

Türkan İsgəndərli

tag: TƏBİB,Sorğu,Zəhərlənmə,Son Durum,Todaypress.az,