Bakıda və Abşeronda külək gücləndi
Cəmiyyət
03.11.2024 16:30
Milli Hidrometeorologiya Xidmətinin noyabrın 03-ü saat 15:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi hazırda Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi güclənib.
Xidmətdən TodayPress-ə verilən məlumata görə, sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti arabir Bakıda və Abşeron yarımadasında və Tərtərdə 20 m/s, Göyçayda 16 m/s, Xaçmazda 15 m/s-yə çatır.
Noyabrın 04-ü səhər saatlarından külək tədricən səngiyəcək. Lakin 04-ü gecəyə doğru və 05-də küləyin yenidən güclənəcəyi gözlənilir.
tag: Hava, Külək, Atmosfer, Temperatur, Bakı,Todaypress.az,