Bakıda tələbləri pozan bir neçə dönərxana BAĞLANDI
Cəmiyyət
03.06.2024 11:46
Qida
Təhlükəsizliyi Agentliyi (AQTA) Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 1
ünvanında fəaliyyət göstərən “Sərxanın dönəri” və Xocalı prospektində fəaliyyət
göstərən “Balık-ekmek” ictimai iaşə müəssisələrində monitorinq keçirib, pozuntular
aşkarlayıb.
Bu
barədə TodayPress-ə AQTA-dan məlumat verilib.
Bildirilib
ki, monitorinq zamanı çiy dönərin emalı prosesinin qanunvericiliyin tələblərinə
uyğun olmayan və antisanitar şəkildə həyata keçirildiyi, qida məhsullarının təhlükəsizliyini
təsdiq edən müşayiətedici sənədlərinin olmadığı, temperatur rejiminə və mal
qonşuluğu qaydalarına əməl edilmədiyi, texnoloji ardıcıllıq prinsipinin gözlənilmədiyi,
qida ilə təmasda olan işçilərin tibbi müayinədən keçmədiyi və xüsusi geyimlə təmin
olunmadığı, havalandırma sistemlərinin quraşdırılmadığı, mütəmadi təmizlik işlərinin
aparılmadığı və digər nöqsanlar aşkarlanıb.
Faktla
bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb, ictimai iaşə müəssisələrinin fəaliyyəti
məhdudlaşdırılıb.
tag: Bakı, Dönərxana, Monitorinq, Qida, Təhlükəsizlik, todaypress.az,