Bakıda suyun verilməsində fasilə yaranacaq

Cəmiyyət

28.08.2024 11:30

30 avqust gecə saat 00:00-dan başlayaraq gün ərzində Nəsimi, Xətai, Səbail rayonlarını içməli su ilə təmin edən d500 mm magistral xəttində təmir-bərpa işləri aparılacaq.

TodayPress xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Mətbuat Xidməti məlumat yayıb. 

Bildirilib ki, Bununla əlaqədar Xətai rayonunun Yusif Səfərov küçəsinin bəzi yaşayış massivlərində, Səbail rayonunun Neftçilər prospekti, Rəşid Behbudov, Bülbül, Puşkin, Zərifə Əliyeva, Üzeyir Hacıbəyov, Xaqani, Nizami küçələrinin bir hissəsində, Nəsimi rayonunun Şamil Əzizbəyov, Dilarə Əliyeva, 28 May, Rəşid Behbudov, Elman Ovçuyev, Puşkin, Mehdi Mehdizadə küçələrinin, Droqal döngəsi, Azadlıq prospektinin bir hissəsində suyun verilməsində fasilə yaranacaq.

Suyun əvvəlki rejimlə verilməsi 31 avqust gecə saat 00:00-dan sonra bərpa olunacaq. 

Töhfə Səməd

tag: İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti,Bakı, Su, Problem, Azadlıq, Nizami, todaypress.az,