Bakıda Polşa Günü keçirildi

Cəmiyyət

05.05.2025 21:14

25

Polşa Respublikasının Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı – Konstitusiya günü münasibətilə tədbir keçirib. 

TodayPress xəbər verir ki, bu münasibətlə təşkil olunan tədbirdə Polşanın Azərbaycandakı səfiri Pavel Radomski çıxış edərək Azərbaycan-Polşa əlaqələrinin yüksələn xətt üzrə inkişaf etdiyini bildirib. 

“Azərbaycanla Polşa arasında tərəfdaşlığı daha da gücləndirmək üçün iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclasları kimi effektiv vasitələrdən istifadə olunacaq. Ümidvaram ki, qarşıdakı aylar və illər Polşa ilə Azərbaycan arasında ölkələrimizin potensialına və imkanlarına uyğun olaraq səmərəli əməkdaşlıq dövrü olacaq”. 

Qeyd edək ki, tədbirdə polşalı rəsmilərlə yanaşı, Azərbaycan Xarici İşlər Nazirliyinin nümayəndələri, ölkədə fəaliyyət göstərən digər bir sıra səfirliklərin əməkdaşları da iştirak edib. 

Töhfə Səməd

tag: Polşa,Azərbaycan,Səfirlik,Milli Gün,todaypress.az,

photo
photo
photo
photo