Bakıda Havada tozun miqdarı normadan artıqdır

Cəmiyyət

29.08.2024 10:20

“Avtomatik stansiyalardan əldə edilən məlumatlara əsasən bu gün səhər saatlarından etibarən Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə edilir”.

TodayPress xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova deyib.

Onun sözlərinə görə, havada tozun miqdarı normadan 1.3 dəfə artıqdır.

O, qeyd edib ki, peyk görüntülərinə əsasən müşahidə olunan tozlu hava şəraitinə səbəb Türkmənistan ərazisindən ölkəmizə daxil olan toz dumanıdır.

Bildirilib ki, tozlu hava şəraitinin meteoroloji vəziyyətdən asılı olaraq yaxın iki gün ərzində davam edəcəyi gözlənilir.

tag: Bakı, Tozlu Hava,Milli Hidrometeorologiya Xidməti,Peyk, Türkmənistan ,todaypress.az,