Bakıda güclü külək əsir - FAKTİKİ HAVA

Cəmiyyət

09.04.2025 09:10

8

Aprelin 9-u saat 8:00-a olan faktiki hava açıqlanıb.

Bu barədə TodayPress-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, hazırda Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti arabir 28 m/s-yə çatıb.

Müşahidə olunan güclü şimal-qərb küləyi günün ikinci yarısından qısa müddətə zəifləyəcək.

Aprelin 10-da küləyin sürəti yenidən güclənərək gecə 15-20 m/s, gündüz saatlarından isə arabir 23-28 m/s-yə çatacaq.

tag: Hava,Temperatur, Atmosfer, Yağış, Duman,todaypress.az,