Bakıda bəzi zolaqlar üzrə sürət həddi endirildi
Cəmiyyət
07.12.2024 09:50
Yağışlı hava şəraitinə görə Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.
TodayPress xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Bildirilib ki, məlumat-sürət tablolarında dəyişiklik edilib.
Eyni zamanda tablolarda "sürüşkən yol" işarəsi qoyulub.
tag: Yağışlı hava,Zığ dairəsi,Hava Limanı,Daxili İşlər Nazirliyi,todaypress.az,