Bakıda bəzi yerlərdə qaz olmayacaq

Cəmiyyət

18.12.2024 09:53

“Qaz İxrac” İdarəsinə məxsus “Qaradağ-Səngəçal” yüksəktəzyiqli magistral qaz kəmərinin 3-cü km-də, “Semzavod” və “Sənqəçal” QPS-lərdə, “Gips Zavodu” ölçü qovşağında yaranmış qaz sızmalarının ləğvi məqsədilə bu gün saat 09:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.

Bu barədə TodayPress Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir.

Bildirilib ki, qaz təchizatının dayandırılması ilə əlaqədar olaraq, Qaradağ rayonunun Bağlar və Yeni Evlər massivləri, Sahil, Umbakı, Əzimkənd və Səngəçal qəsəbələri, həmçinin Yol evləri, Bağ evləri adlanan yaşayış ərazilərində müvəqqəti fasilə yaranacaq.

Eyni zamanda, Nəsimi rayonu, Moskva prospektində qaz xəttinin yerinin dəyişdirilməsi məqsədilə bu gün saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

tag: Bakı ,Qaz ,Qaradağ ,Azəriqaz, todaypress.az,