Bakıda 20 dərəcə isti olacaq

Cəmiyyət

04.04.2025 12:34

2644

Bakıda və Abşeron yarımadasında aprelin 5-i hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Bu barədə TodayPress-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, gündüz bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Səhər və axşam bəzi yerlərdə duman olacaq.

Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-13° isti, gündüz 15-20° isti olacaq.

Atmosfer təzyiqi 762 mm civə sütunundan 754 mm civə sütununa enəcək.

Nisbi rütubət gecə 70-75 %, gündüz 60-65 % olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşama doğru bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə qısamüddətli intensivləşəcəyi, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq.

Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 9-13° isti, gündüz 20-25° isti, dağlarda gecə 2-7° isti, gündüz 12-17° isti olacaq.

tag: Hava,Temperatur, Atmosfer, Yağış, Duman,todaypress.az,