Bakı-Quba yolunun bir hissəsi bağlandı
Bakı-Quba yolunun bir hissəsi aramsız yağış səbəbindən bağlanıb.
TodayPress xəbər verir ki, aramsız yağan yağışlar nəticəsində yolun 71-ci kilometrliyindən 75-ci kilometrliyinədək hərəkət iflic olub.
Quba istiqamətindən Bakıya doğru hərəkət edən sürücülər yolda bir sıra çətinliklər yaşayıb.
Problem səhər saatlarından davam edir.
tag: Bakı-Quba, Yol, Yağış, Bağlandı, Hava, Ekologiya, todaypress.az,