Bakı metrosunda qatarlar bu gün niyə ləngiyib? – RƏSMİ
Cəmiyyət
09.12.2024 10:08
Metronun “Dərnəgül-Həzi Aslanov” xətti ilə hərəkət edən qatar "İnşaatçılar" və "Elmlər Akademiyası" stansiyalarında dayanıb. Qatar "İnşaatçılar" stansiyasında 6 dəqiqə, "Elmlər Akademiyası" stansiyasında isə 3 dəqiqə ləngiyib.
Məsələ ilə bağlı TodayPress-in sorğusunu cavablandıran “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib ki, metro xəttində heç bir texniki problem olmayıb.
“Bu gün sıxlıq bir qədər çoxdur. Tənzimləmə məcburən girişlərdən aparılır. Əsas sıx stansiyalarda qatarların yola düşməsi yalnız qapı ilə platforma arasında sərnişinə xəsarət yetirəcək problem olmadığına, qapılar bağlı olduğuna əminlik yarandıqdan sonra təmin olunur”.
Qurum rəsmisi onu da qeyd edib ki, məsələnin qatar sayı ilə də əlaqəsi yoxdur. Qatar sayı artırılsa, vTuneləziyyət daha da gərginləşəcək. Tunellər boyunca qatarlar ard-arda düzüləcək.
Günəş Mərd
tag: Qatar ,Ləngimə ,Tunel, Əlaqə, todaypress.az,