"Bakı Metropoliteni"ndə yeni təyinat

Cəmiyyət

20.02.2025 10:48

1699

"Bakı Metropoliteni" QSC sədrinə yeni müşavir təyin edilib. 

TodayPress xəbər verir ki, bu barədə Bakı Metropoliten məlumat yayıb. 

Məlumata görə, bu vəzifə İnarə Vəliyevaya həvalə edilib. 

İnarə Vəliyeva 1986-cı ildə anadan olub. 2003-2007-ci illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Mühəndis iqtisadiyyatı və idarəetmə fakültəsində bakalavr, 2007-2010-cu illərdə isə Azərbaycan Dövlət İqtisad Universitetində magistr təhsili alıb. 

2007-2014-cü illərdə “Procter&Gamble” şirkətində marketinq və brend menecmentliyi sahələrində regional rəhbər vəzifələrində, 2015-2021-ci illərdə “Dərs evi" tədris mərkəzinin direktor müavini vəzifəsində çalışıb.  2014-cü ildən fərqli sektorlarda marketinq, brend menecmentliyi, kommersiya sahələrində konsultasiya xidmətləri göstərib. 

2021-ci ildən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində müxtəlif qurumlarda rəhbər vəzifələrdə çalışıb. Məlumat Hesablama Mərkəzi, “Azintelecom”da sədr müavini, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri vəzifələrində çalışıb.

tag: Bakı Metropoliteni,QSC ,Sədr,Təyinat,Todaypress.az,