Bakı metropoliteni bazar günü üçün qatarların iş qrafiki açıqladı
Cəmiyyət
28.12.2024 17:20
Dekabrın 29-da Bakı metropolitenində qatarlar iş günlərinə uyğun qrafiklə fəaliyyət göstərəcək.
TodayPress xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-dən bildirilib.
Beləliklə, bazar günü gur saatlarda, yəni səhər 07:00-dan 10:00-dək, axşam isə saat 17:30-dan 19:30-dək “28 May-Əhmədli” xətlərində interval 2 dəqiqə, “28 May-Dərnəgül” və “28 May-İçərişəhər” xəttlərində 4 dəqiqə təşkil edəcək. Bu iki xətt “28 May” stansiyasında birləşir.
"Bakmil istiqamətində hərəkət edən sərnişinlərdən iş günlərinin cədvəlinə uyğun hərəkət etmələri xahiş olunur" məlumatda deyilir.
tag: QSC, Bakı, Metro, Qrafik, todaypress.az,