Bakı bu günə də tıxacla başladı

Cəmiyyət

07.06.2024 09:56

1353

Bakı bu günə də tıxacla başladı 

Bakının bir sıra yollarında tıxac yaranıb. 

TodayPress xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Hazırda yollardakı vəziyyət aşağıdakı kimidir:

1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;

2. Heydər Əliyev prospekti, kənar və əsas yol, mərkəz istiqamətində;

3. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində;

4. Binəqədi şosesi, “Azadlıq prospekti” metro stansiyası istiqamətində;

5. “20 Yanvar” dairəsində;

6. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;

7. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

8. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən "Dədə Qorqud" parkı istiqamətində;

9. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;

10. Aeroport şosesi, “Koroğlu” metro stansiyası istiqamətində;

11. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər sıxlıq müşahidə olunur.

tag: Bakı, Tixac, Yol, Nəqliyyat, Məlumat, todaypress.az,