Bakı-Balakən-Bakı dəmir yolu marşrutu ilə gecə səfərlərinə start veriləcək

Cəmiyyət

24.12.2024 22:44

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) Bakı-Balakən-Bakı marşrutunun bərpası ilə gecə səfərlərinə start verir.

TodayPress xəbər verir ki, bu barədə qurumdan bildirilib.

Məlumata görə, yataq tipli qatarlar 3 yanvardan etibarən hər gün saat 23:50-də Bakıdan Balakənə, 4 yanvardan isə saat 22:10-da Balakəndən Bakıya hərəkət edəcək.

 

Məlumata görə, marşrut üzrə Şəki, Qax, Zaqatala və Balakən stansiyaları, eyni zamanda dörd aralıq dayanacaqda da sərnişinlərin düşüb-minməsi təmin ediləcək.

tag: ADY, Bakı, Balakən, Qatar, Reys, Dəmir Yolları, todaypress.az,