Bakı-Ağstafa marşrutu üzrə əlavə qatar reysləri təyin edildi

Cəmiyyət

05.02.2025 16:15

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) sərnişin tələbatını təmin etmək məqsədilə 8 və 9 fevralda Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edir.

TodayPress xəbər verir ki, bu barədə səhmdar cəmiyyət məlumat yayıb.

Belə ki, Bakı-Ağstafa-Bakı qatarları ilə ənənəvi qrafiklə hər gün səhər və axşam saatlarında hər iki istiqamətə səfər etmək mümkündür.

“Hərəkət cədvəli və biletlər haqqında məlumatları dəmiryol vağzallarının kassalarından, saytımızdan (www.ady.az), “ADY Mobile” tətbiqindən və ya 7/24 fəaliyyət göstərən 1822 Əlaqə Mərkəzindən əldə edə bilərsiniz” deyə məlumatda qeyd edilib.

tag: Azərbaycan ,Dəmir Yolları,Ağstafa,Qatar,todaypress.az,