Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edildi
Cəmiyyət
27.11.2024 15:26
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Bakı-Ağstafa-Bakı marşrutuna artan sərnişin tələbatını təmin etmək məqsədilə bu xətt üzrə noyabrın 30-da və dekabrın 1-də əlavə qatar reysləri təyin edib.
TodayPress xəbər verir ki, bu barədə ADY-dən məlumat verilib.
Məlumata görə, eyni zamanda, Bakı-Ağstafa-Bakı qatarları ilə sərnişinlər ənənəvi qrafiklə hər gün hər iki istiqamətə səfər edə bilərlər.
“Hərəkət cədvəli və biletlər haqqında məlumatları dəmiryol vağzallarının kassalarından, saytdan (www.ady.az), “ADY Mobile” tətbiqindən və ya 7/24 fəaliyyət göstərən 1822 Əlaqə Mərkəzindən əldə etmək mümkündür” deyə məlumatda qeyd edilib.
tag: Azərbaycan Dəmir Yolları, Bakı, Ağstafa, Sərnişinlər, Reys, todaypress.az,