Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edildi

Cəmiyyət

01.05.2025 19:00

14

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) Bakı-Ağstafa-Bakı marşrutuna artan sərnişin tələbatını təmin etmək məqsədilə bu xətt üzrə mayın 9-dan 11-dək əlavə qatar reysləri təyin edir.

TodayPress bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

Məlumata görə, Bakı-Ağstafa-Bakı qatarları ilə ənənəvi qrafiklə hər gün hər iki istiqamətə səfər etmək mümkündür.

"Hərəkət cədvəli və biletlər haqqında məlumatları dəmiryol vağzallarının kassalarından, saytımızdan (www.ady.az), “ADY Mobile” tətbiqindən və ya 7/24 fəaliyyət göstərən 1822 Əlaqə Mərkəzindən əldə edə bilərsiniz" deyə məlumatda qeyd edilib.

tag: Azərbaycan Dəmir Yolları,Bakı-Ağstafa-Bakı,Dəmiryol ,ADY Mobile,Todaypress.az,