Bahar Muradova: “Bu il 144 nəfər “Gənc Qızların Təhsilinə Dəstək” layihəsi çərçivəsində təqaüd alıb”
Cəmiyyət
14.10.2024 15:40
“Artıq 4 ildir ki, “Gənc Qızların Təhsilinə Dəstək” layihəsi həyata keçirilir. Belə layihələr olduqca vacibdir”.
TodayPress xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova “Gənc Qızların Təhsilinə Dəstək” layihəsi çərçivəsində keçirilən tədbirdə deyib.
O qeyd edib ki, təhsil təkcə dövlətin, bu sahəyə cavabdeh olan qurumların yox, hər kəsin işidir. “Gənc Qızların Təhsilinə Dəstək” layihəsi də məhz bu məqsədlə yaradılıb:
“Layihə ilk başlayanda 14, növbəti il 25, bu il isə 144 nəfər qız təqaüd əldə edib. Ümumilikdə, indiyə qədər 265 nəfər artıq təqaüd alıb. Bu işə ilk başlayanda çağırışlarımıza ilk reaksiya verən Elm və Təhsil Nazirliyi oldu. Məhz onlarla imzalanan Anlaşma Momerandumuna əsasən, təqaüdçülərin sayı artdı”.
Onun sözlərinə görə, 58 rayon “Gənc Qızların Təhsilinə Dəstək” layihəsinə cəlb olunub. Ağdam, Füzuli, Bərdə, Zaqatala və Masallı isə onlar arasında liderdir.
Töhfə Səməd
tag: Təhsil,Gənc Qızların Təhsilinə Dəstək ,Layihə ,Bahar Muradova,Bərdə ,Zaqatala ,todaypress.az,