Bahar Muradova: “15 yaşlı qızı ölümünə görə hər birimiz məsuliyyət daşıyırıq”
Cəmiyyət
14.10.2024 17:25
“Müvafiq orqanlar artıq bu hadisə ilə məşğul olublar. Bu hadisədə hər birimiz məsuliyyət daşıyırıq”.
TodayPress xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bunu Bərdədə 15 yaşlı qıza qarşı baş vermiş zorakılıq hadisəsi ilə bağlı jurnalistlərə açıqlamasında deyib.
“Zorakılğa məruz qalan şəxs əgər həyatını itirməyibsə, onun öz psixoloji durumu, ailədəki vəziyyəti ilə, həmçinin hüquqlarının tam bərpa olunması üçün aidiyyatı qurumlarla əlaqə saxlaması üçün kömək göstəririk. Vətəndaş olaraq isə ətrafımızda baş verən bu kimi hadisələr biganə yanaşmamalı və ayıq-sayıq davranmalıyıq” deyə sədr əlavə edib.
O qeyd edib ki, azyaşlı qızlara qarşı baş verən ən kiçik hadisə belə böyük narahatlıq doğurur. Cəmiyyət bunu qəbul etməməli və imkan verməməlidir. Harada yaşanmasından asılı olmayaraq, biz bu məsələyə öz münasibətimizi bildirməliyik.
Xatırladaq ki, sentyabr ayının 1-də 2009-cu il təvəllüdlü Sevinc Rəşad qızı Abbaslının itkin düşməsi barədə Bərdə Rayon Polis Şöbəsinə məlumat daxil olub. Sentyabr ayının 3-də S.Abbaslının üzərində zorakılıq əlamətləri olan meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində cinayət əməlinin 1993-cü il təvəllüdlü Kənan İlyas oğlu Əhmədli tərəfindən törədilməsinə dair əsaslı şübhələr müəyyən edilib.Onun meyiti oktyabr ayının 7-də Qarabağ kanalından polis əməkdaşları tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Töhfə Səməd