"Bağırov" körpüsündə məhdudiyyət aradan qaldırıldı
Nizami rayonu, Heydər Əliyev prospekti, "Bağırov" tunelinə yağış sularının yığılması səbəbindən mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.
Bu barədə TodayPress-ə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
FHN-dən verilən məlumata görə isə Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti, "Bağırov" körpüsü ərazisində, tuneldə aparılan suçəkmə əməliyyatı başa çatdırılıb.
Digər ərazilərdə həyata keçirilən müvafiq zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.
tag: DİN,FHN,Bağırov Körpü,Məhdudiyyət,Todaypress.az,