Badamdar qəsəbəsini su basdı

Cəmiyyət

03.11.2024 12:55

Badamdar qəsəbəsi, Nurəddin Paşayev küçəsində paylayıcı su borusunda qəza baş verib. 

TodayPress xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.

"Bu səbəbdən suyun həmin əraziyə verilişində müvəqqəti fasilə yaranıb. Xidmətin əməkdaşları qəzanın aradan qaldırılması işlərini görürlər. Yaxın saatlarda suyun əvvəlki rejimlə verilməsi bərpa ediləcək" deyə qurumdan bildirilib.

tag: Su,Ərazi,Badamdar,Küçə,Todaypress.az,