Babəkin dağlıq kəndlərinə güclü dolu düşdü

Cəmiyyət

14.05.2025 21:20

24

Naxçıvan Muxtar Respublikasında qeyri-sabit hava şəraiti davam edir.

TodayPress xəbər verir ki, mayın 14-də muxtar respublikanın rayon və kəndlərinə leysan xarakterli yağış yağıb.

Babək rayonunun Yuxarı və Aşağı Buzqov kəndlərində isə güclü dolu müşahidə olunub.

Dolu təsərrüfatlara və meyvə bağlarına ziyan vurub.

tag: Babək, Naxçıvan, Hava, Dolu, todaypress.az,