Babək şəhərində işıq olmayacaq

Cəmiyyət

08.01.2025 10:44

Sabah Naxçıvan Muxtar Respublikasının Babək şəhərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

TodayPress xəbər verir ki, 35/10 kilovoltluq "Quşçuluq" yarımstansiyasından qidalanan 35 kilovoltluq hava elektrik verilişi xətti elektrik dirəklərinin yerinin dəyişdirilməsi səbəbindən sifarişə əsasən açılacaq.

Bununla əlaqədar olaraq Babək şəhərində yanvarın 9-da saat 13:00-dan 14:00-dək elektrik enerjisinin verilişində fasilə yaranacaq.

tag: Kilovalt ,Yarımstansiya ,Babək, Elektrik ,todaypress.az,