Babək prospektində qoyulan məhdudiyyət aradan qaldırıldı - YENİLƏNDİ

Cəmiyyət

01.02.2025 17:40

Nizami rayonu, Babək prospekti, ( Baku Medical Plazanın yaxınlığında) yolda aparılan təmir işləri səbəbindən yol ötürücüsünün üzərindən mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb. 

Bu barədə TodayPress-ə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

***

14:00

Nizami rayonu, Babək prospekti, ( Baku Medical Plazanın yaxınlığında) aidiyyəti dövlət qurumu tərəfindən yolda təmir işləri aparılır. 

Bu barədə TodayPress-ə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. 

Bildirilib ki, bu səbəbdən yol ötürücüsünün üzərindən mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə yenidən məhdudiyyət qoyulub. Nəqliyyatın hərəkəti köməkçi yolla təşkil edilib.

tag: Babək prospekti,Yol,Plaza,Nizami,DİN,Nəqliyyat,Todaypress.az,