Azərbaycanlı diplomatlar “Bakı Marafonu – 2025”də iştirak ETDİLƏR

Cəmiyyət

05.05.2025 01:43

15

Azərbaycan diplomatları “Bakı Marafonu – 2025”də iştirak ediblər.

TodayPress xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin sosial şəbəkə hesabında bildirilib.

“Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu – 2025”ə diplomatlarımız da qatılıb.

Həmkarlarımız daxil olmaqla marafonu uğurla başa vuran hər kəsi ürəkdən təbrik edir, sağlam həyat tərzi və vərdişləri təbliğ edən bu kimi vacib təşəbbüsləri alqışlayırıq!” paylaşımda yazılıb.

tag: Marafon,Qaçış,Küləyə qalib gəl,Diplomat,todaypress.az,