Azərbaycandan Avropaya tikinti materialları ixrac olunacaq?
"Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyası (ATMİA) Avropaya tikinti materiallarının ixracı prosesi üzərində işləyir".
TodayPress xəbər verir ki, Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyasının (ATMİA) baş katibi Şahanə Sarı bunu 10 aprel - İnşaatçılar Gününə həsr olunmuş “ATMİA İnşaatçılar Həftəsi“ ilə bağlı mətbuat konfransında deyib.
"Balkan yarımadası vasitəsilə istehsalçıların Avropaya ixrac etməsi üzərində işlər görürük. Bu işlər davam etdirilir. İndi Avropaya ixrac olunan inşaat materiallarının standartlarını öyrənmə mərhələsindəyik. Ora məhsul ixrac etməyimiz üçün materiallarımızın hansı standartlara cavab verdiyini bilməliyik. İlkin araşdırmaya görə, Avropa bazarı bizim üçün sərfəli ola bilər” deyə Şahanə Sarı əlavə edib.
tag: ATMİA,Avropa,İxrac,Balkan,Todaypress.az,