Azərbaycanda yenidən pestisid istehsalına başlanılacaq - EKSKLÜZİV
“2026-cı ildən etibarən Azərbaycanda pestisid istehsalına başlanılacaq”.
Bunu “Agro-Tech Solution” şirkətinin satış direktoru Qədir Qurbanov TodayPress-ə danışarkən deyib.
Onun sözlərinə görə, şirkətin əsas məqsədi ölkədə pestisid istehsalı ilə məşğul olmaqdır.
“İstehsal üçün şirkətin Sumqayıt Kimya Sənaye Parkı ərazisində yerləşən zavodundan istifadə olunacaq. Növbəti ildən etibarən istehsala başlanılacaq”. Qeyd edək ki, hazırda pestisidlər Azərbaycan bazarlarına idxal vasitəsilə daxil olur. Yerli istehsalat mövcud deyil.
Töhfə Səməd
tag: Azərbaycan,Pestisid,Qədir Qurbanov,İstehsal,Todaypress.az,