Azərbaycanda orta aylıq əməkhaqqı 1000 manatı keçdi
Cəmiyyət
12.06.2024 12:42
Bu ilin yanvar-aprel aylarında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 10,2 % artaraq 1007,5 manat təşkil edib.
TodayPress Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.
Bu il mayın 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1749,7 min nəfər olub, onlardan 897 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 852,7 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
tag: Azərbaycan, Əməkhaqqı, Dövlət Statistika, İqtisadiyyat, 1000 manat, todaypress.az,