Azərbaycanda meymunçiçəyinə yoluxma qeydə alınmadı

Cəmiyyət

15.08.2024 15:28

Azərbaycanda meymunçiçəyi virusuna yoluxma hadisəsi qeydə alınmayıb.

Bu barədə TodayPress-in sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən bildirilib.

Məlumatda qeyd edilib ki, hazırda epidemioloji vəziyyət nəzarət altındadır.

Qeyd edək ki, Afrika İttifaqının Səhiyyə Xidməti mpox (meymunçiçəyi) virusunun yayılması ilə əlaqədar qitədə sağlamlıqla bağlı fövqəladə vəziyyət elan edib. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) meymun çiçəyi xəstəliyinin yayılmasını fövqəladə hal adlandırıb. ÜST-ün son məlumatlarına görə, dünyada meymun çiçəyi xəstəliyinə 77 min 264 yoluxma, 36 ölüm qeydə alınıb. Bunu 109 ölkə təsdiqləyib.

tag: Afrika İttifaqı,Səhiyyə Xidməti,Meymunçiçəyi,Ümumdünya Səhiyyə Təşkilatı, Azərbaycan, Virus, todaypress.az,