Azərbaycanda meymunçiçəyinə yoluxma halları artıb? - RƏSMİ
Cəmiyyət
27.01.2025 18:15
Azərbaycanda meymunçiçəyi virusuna yeni yoluxma hadisəsi qeydə alınmayıb.
Bu barədə TodayPress-in sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən bildirilib.
Məlumatda qeyd edilib ki, hazırda epidemioloji vəziyyət nəzarət altındadır.
Bundan əvvəl Səhiyyə Nazirliyi və TƏBİB-in birgə məlumatında 02-11 yanvar 2025-ci il tarixlərində 22 yaşlı Azərbaycan vətəndaşının xarici ölkəyə turistik səfər etdiyi və oradan döndükdən bir-neçə gün sonra halsızlıq, hərarət, genital nahiyədə suluqlu səpgilər, limfa düyünlərinin böyüməsi və əzələ ağrıları ilə Bakıda fəaliyyət göstərən klinikalardan birinə müraciət etməsi, onda meymunçiçəyi virusunun aşkarlanması bildirilmişdi.
Qeyd edilib ki, meymunçiçəyi virusuna yoluxan şəxsin müvafiq tibb müəssisəsində müalicəsi davam etdirilir, hazırda vəziyyəti stabil olaraq qiymətləndirilir.
Töhfə Səməd
tag: Meymunçiçəyi,Azərbaycan,TƏBİB,Yoluxma,Todaypress.az,