Azərbaycanda iş saatları azaldılır? - Ekspertdən açıqlama

Cəmiyyət

23.08.2024 14:31

Türkiyədə iş saatları 40 saata qədər azaldılacaq.

TodayPress xəbər verir ki, bu, Türkiyə Əmək Qanununa görə müəyyən edilib. 

Bildirilib ki, 45 saatlıq iş saatı 40 saata, bəzi peşə qruplarında 48 saatlıq iş saatı isə 40 saata endirilə bilər.

Bəs görəsən, Azərbaycan Əmək Qanunvericiliyində bu prosesin tətbiqi özünü doğrulda bilərmi?

Mövzu ilə bağlı TodayPress-ə danışan Akif Nəsirli qeyd edib ki, ölkəmizdə bunun tətbiqi məntiqsizlikdir. Çünki Azərbaycan iqtisadiyyatı buna hələ hazır deyil.

“Biz bilirik ki, Azərbaycanda minumim əmək haqqı 345 manatdır. Əvvəlcə bu tənzimlənməlidir. Bundan əlavə iş saatının azaldılmasının iqtisadiyyata da müəyyən mənfi təsirləri ola bilər. Ona görə də Azərbaycanda həftəlik iş saatının azaldılması barədə qanunun tətbiqi düzgün deyil”. 

Türkiyənin Əmək və Sosial Müdafiə Naziri Vedat Işıkhan da Dövlət Sektoru Əmanət və Səmərəlilik Paketinə daxil olan çevik iş modeli üzərində işlərin iyun ayında başlayacağını qeyd edib.

İbrahim Əzizli

tag: Türkiyə, Azərbaycan, İş Saatları, Akif Nəsirli,İqtisadiyyat, todaypress.az,

photo