Azərbaycanda əhalinin sayı artdı

Cəmiyyət

13.09.2024 16:59

Ölkə əhalisinin sayı cari ilin əvvəlindən 23 477 nəfər və ya 0,2 faiz artaraq 2024-cü il avqust ayının 1-nə olan vəziyyətə görə 10 milyon 204 min 247 nəfərə çatıb.

TodayPress xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, əhalinin 54,5 faizini şəhər, 45,5 faizini isə kənd sakinləri təşkil edir. Bunlardan 49,8 faizi kişi, 50,2 faizi isə qadındır.

tag: Azərbaycan, Əhali,Dövlət Statistika Komitəsi ,Kişilər, Qadınlar ,todaypress.az,