Azərbaycanda çörəyin qiyməti bahalaşır?
Cəmiyyət
31.01.2025 23:21
Sosial şəbəkələrdə fevral ayının 1-dən
etibarən marketlərdə çörəyinin qiymətinin artımı barədə yayılan məlumatlar
həqiqəti əks etdirmir.
TodayPress xəbər verir ki, çörək
istehsal edən tanınmış şirkətlərdən biri yeni çeşiddə məhsulu istehsala
buraxacaq. Belə ki, marketlərdə 55 qəpiyə satılan 510 qramlıq zavod çörəyi ilə
yanaşı, fevral ayının 1-dən etibarən yeni çəkidə, yeni qiymətə - 65 qəpiyə 620 qramlıq
zavod çörəyi ikinci çeşid kimi tədarük olunacaq.
Bütün bunlar onu göstərir ki, əslində sosial şəbəkələrdə
qiymət artımı barədə yayılan xəbərlər həqiqətə uyğun deyil. Söhbət yalnız yeni
çeşiddə çörəyin satışa çıxarılmasından gedir
tag: Çörək, Qiymət, Sosial Şəbəkə, Market, Bahalaşma, todaypress.az,