Azərbaycanda bayram namazı qılındı
Ramazan ayının başa çatması ilə əlaqədar Azərbaycanda martın 30-da bayram namazı qılınıb.
TodayPress xəbər verir ki, saat 08.00-da Əjdərbəy məscidində, saat 09.00-da isə Təzəpir məscidində bayram namazının qılınmasına başlanıb.
Yüz minlərlə insan məscidlərə axışaraq namaz qılıb, dualar edib, Allahdan bağışlanmasını diləyiblər. Daha sonra dindarlar bir-birlərini bayram münasibətilə təbrik ediblər.
tag: Ramazan,Bayram,Namaz,Azərbaycan,todaypress.az,