Azərbaycanda 799 nəfər İİV-ə yoluxdu
Azərbaycanda İnsanın İmmunçatışmazlığı Virusuna (İİV) yoluxan narkomanların sayında azalma müşahidə olunur.
TodayPress xəbər
verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə
Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu məlumat
yayıb.
Məlumatda qeyd
edilib ki, Respublika QİÇS-lə Mübarizə Mərkəzinin bildirdiyinə görə, ötən yeddi
ay ərzində İİV-ə 799 nəfər yoluxub.
Onlardan 786 nəfəri
Azərbaycan vətəndaşı, 13 nəfəri isə əcnəbi olub. Azərbaycan vətəndaşları arasında
43 nəfəri (5,4%-i) inyekson narkotik istifadəçiləri olub.
tag: Azərbaycan,İmmunçatışmazlığı Virusu,QİÇS,İİV, todaypress.az,