Azərbaycana qarşı növbəti dezinformasiyanın yayılmasının qarşısı alındı
Cəmiyyət
10.11.2024 17:25
Daxili İşlər Nazirliyi (DİN) Azərbaycana
qarşı növbəti dezinformasiyanın yayılmasının qarşısını alıb.
TodayPress xəbər verir ki, DİN "X” sosial
şəbəkəsində İraqda fəaliyyət göstərən “Rudaw” telekanalının səhifəsində Azərbaycana
qarşı həqiqəti əks etdirməyən məlumata cavab verib.
Belə ki, telekanalın səhifəsində Bakıda küçədən
partlayıcı qurğunun tapıldığı iddia edilib.
“Yolun kənarında aşkarlanan bağlama qida təchizatı ilə
məşğul olan şirkətlərdən birinə aiddir” DİN-dən bildirilib.
tag: DİN, Dezinformasiya, X,Rudaw, Bakı, todaypress.az,