“Azərbaycan Dəmir Yolları”nda yeni təyinatlar
“Azərbaycan Dəmir Yolları” QSC-də (ADY) yeni təyinatlar olub.
ADY-dən TodayPress-ə verilən məlumata görə, hüquq departamentinin müdiri Nicat Quliyev ADY sədrinin müşaviri təyin olunub.
ADY-nin Hüquq departamentinin rəhbəri vəzifəsi isə bu departamentin müdir müavini Türkan Yusibovaya həvalə edilib.
Bundan başqa, ADY-də yeni yaradılmış Risklərin idarə edilməsi və daxili nəzarət departamentinin rəhbəri vəzifəsi Əsəd Məmmədova həvalə edilib.
tag: ADY,Təyinat,QSC,Departament,Todaypress.az,