Azərbaycan Bayrağı "Ginnesin rekordlar kitabı"na düşdü
Cəmiyyət
08.11.2024 15:00
Dövlət Bayrağı Meydanında ucaldılan üçrəngli bayraq ölçüsünə görə "Ginnesin rekordlar kitabı"na düşüb.
TodayPress xəbər verir ki, bu barədə Dənizkənarı Bulvar İdarəsinin mətbuat xidmətinin rəhbəri Əfsanə Mehdiyeva deyib.
Onun sözlərinə görə, Dövlət Bayrağı Meydanı təmirə bağlanmazdan öncə bayraq dirəyinin hündürlüyünə görə bu rekord qırılmışdı: "Hazırda isə yeni sertifikat Dövlət Bayrağı Meydanında ucaldılan bayrağın ölçüləri ilə bağlıdır”.
Qeyd edək ki, hazırda ucaldılan bayrağın bayrağın ümumi çəkisi 500 kiloqramdan artıq, eni 36 metr, uzunluğu 72 metrdir.
tag: Dövlət Bayrağı Meydanı, Bulvar,Ginnesin rekordlar kitabı, Azərbaycan Bayrağı, todaypress.az,