Azər Qasımlı barəsində dörd ay həbs qətimkan tədbiri seçildi

Cəmiyyət

09.12.2024 20:16

Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlı barəsində həbs qətimkan tədbiri seçilib.

Bu barədə TodayPress-ə vəkil Rövşanə Rəhimli məlumat verib.

Məlumata görə, o, Yasamal Rayon Məhkəməsinin qərarı ilə dörd ay müddətinə həbs olunub.

Qeyd edək ki, A.Qasımlı dekabrın 8-də saxlanılıb.

O, Cinayət Məcəlləsinin 182.2.3-cü (hədə-qorxu ilə tələb etmə-zor tətbiq etməklə törədildikdə) maddəsi ilə təqsirli bilinir.

tag: Azər Qasımlı, Politiloq, Həbs, Məhkəmə, todaypress.az,