AZAL təyyarə qəzasında həlak olanların ailələrinə 40 min manat kompensasiya ödəyəcək
Cəmiyyət
26.12.2024 21:03
AZAL bu şirkətə məxsus sərnişin
təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində
həlak olanların hər birinin ailəsinə 40 min manat kompensasiya ödəyəcək.
TodayPress xəbər verir ki, “Azərbaycan Hava Yolları”
QSC-nin Müşahidə Şurasının qərarı ilə dekabrın 25-də Qazaxıstanın Aktau
şəhərində qəzaya uğramış “Azərbaycan Hava Yolları” Sərnişin Aviaşirkətinin
J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində
olan və xəsarət alanların hər birinə 20.min manat, vəfat edənlərin hər birinin
ailəsinə isə 40 min manat kompensasiya ödənilməsi müəyyən edilib.
Bununla yanaşı, bütün sərnişinlər Azərbaycan Respublikası
qanunvericiliyinə və qabaqcıl beynəlxalq təcrübəyə uyğun olaraq tətbiq edilən
müvafiq sığorta ödənişi alacaqlar.
tag: AZAL, Aktau, Kompensasiya, Qazaxıstan, Azərbaycan, todaypress.az,