AZAL Rusiyanın bir sıra şəhərlərinə uçuşları davam etdirəcək
Cəmiyyət
27.12.2024 13:50
“Azərbaycan Hava Yolları" QSC (AZAL) Moskva, Sankt-Peterburq, Yekaterinburq, Həştərxan, Kazan və Novosibirsk şəhərlərinə uçuşları davam etdirəcək.
TodayPress xəbər verir ki, bu barədə AZAL-dan məlumat verilib.
Məlumata görə, dekabrın 28-dən AZAL Rusiyanın 5 şəhərinə - Mineralnıye Vodı, Soçi, Volqoqrad, Ufa və Samaraya uçuşları dayandırıb.
Qeyd edək ki, dekabrın 25-də AZAL Bakıdan Qroznı və Mahaçqala şəhərlərinə uçuşların dayandırılması barədə qərar vermişdi.
tag: AZAL,Uçuş,Rusiya,Qəza,Todaypress.az,