AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı təhqiqatın ilkin nəticələrinin açıqlanacaq
Cəmiyyət
24.01.2025 15:00
"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) qəzaya uğrayan təyyarəsi ilə bağlı təhqiqatın ilkin nəticələri gələn həftə açıqlanacaq".
TodayPress xəbər verir ki, bu barədə Qazaxıstan Baş nazirinin müavini Kanat Bozumbayev bildirib.
O, bildirib ki, Aktau yaxınlığında qəzaya uğrayan təyyarənin registratorları (qara qutular) qorunub saxlanılıb, Braziliyada deşifrə edilib və respublikaya qaytarılıb.
"Qara qutular" Baş Prokurorluğun tabeliyində olan istintaq qrupundadırlar” deyə Baş nazirin müavini diqqətə çatdırıb.
Xatırladaq ki, dekabrın 25-də Azərbaycan Hava Yollarına məxsus Bakı-Qroznı reysini həyata keçirən Embraer sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 5 ekipaj üzvü olmaqla 67 nəfər olub. Qəza nəticəsində Azərbaycan, Rusiya və Qazaxıstan vətəndaşları daxil olmaqla 38 nəfər həyatını itirib.
Töhfə Səməd
tag: AZAL,Qəza,Qazaxıstan,Brazilya,todaypress.az,