AZAL Hindistana reysini təxirə saldı

Cəmiyyət

07.05.2025 11:17

18

"Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakıdan Hindistanın Mumbay şəhərinə həyata keçirməyi planlaşdırdığı 2-059 nömrəli reysi Pakistanın hava məkanının bağlı olması səbəbindən təxirə salıb. 

TodayPress bu barədə AZAL-a istinadən xəbər verir. 

Aviaşirkət bəyan edib ki, uçuşların təhlükəsizliyi rəhbər tutularaq vəziyyət diqqətlə izlənilir və sərnişinlər yeniliklər barədə məlumatlandıracaq. 

Bundan başqa, AZAL-ın Bakıdan Rusiyanın paytaxtı Moskvaya yerinə yetirilməsi planlaşdırılan J2-181 (“Domodedovo” aeroportu) və J2-807 (“Vnukovo” aeroportu) nömrəli reysləri təyinat məntəqəsində hava məkanının bağlı olması səbəbindən gecikir.

Gecikən reyslərin sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq bütün zəruri vasitələrlə təmin olunublar. 

tag: AZAL,Hindistan,Reys,Gecikmə,Todaypress.az,