AZAL: "Bakı-Naxçıvan marşrutu üzrə planlaşdırılan bir sıra reyslər gecikir"

Cəmiyyət

30.12.2024 11:40

"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Bakı-Naxçıvan-Bakı marşrutu üzrə planlaşdırılan bir sıra reysləri Naxçıvan Beynəlxalq Hava Limanı ərazisində əlverişsiz hava şəraiti səbəbindən (qatı duman) gecikir.

TodayPress bu barədə AZAL-a istinadən xəbər verir.

Gecikən reyslərin sərnişinlərinə aviaşirkətin çağrı mərkəzi məlumat verir.

Sözügedən reyslər Naxçıvan aeroportu ərazisində hava şəraiti yaxşılaşdıqdan dərhal sonra həyata keçiriləcək.

Aviaşirkətin qaydalarına əsasən, zərurət yarandığı təqdirdə hava limanında uçuşunu gözləyən gecikmiş reyslərin sərnişinləri lazımi vasitələrlə təmin olunacaqlar.

Əlavə suallar yaranarsa, sərnişinlər [email protected] elektron ünvanı və ya +994(55) 204 65 54 “WhatsApp” nömrəsi vasitəsilə çağrı mərkəzinə müraciət edə bilərlər.

tag: AZAL, Hava,Bakı-Naxçıvan,Gecikən reyslər,todaypress.az,