AZAL Bakı–Kazan reysinin təhlükə ilə üzləşməsi barədə məlumata münasibət bildirdi

Cəmiyyət

03.01.2025 22:44

Azərbaycanın bəzi media resurslarında 2025-ci il yanvarın 1-də “Azərbaycan Hava Yolları”nın (AZAL) Bakı–Kazan reysinin Rusiyanın Həştərxan şəhəri üzərində guya təhlükə ilə üzləşməsi barədə məlumat yayılıb.

Bu barədə TodayPress-ə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, AZAL-ın adıçəkilən reysi cədvələ uyğun olaraq və beynəlxalq təhlükəsizlik standartlarına tam riayət edilməklə yerinə yetirilib.

tag: Qazaaxıstan, AZAL, Bakı, Kazan, Azərbaycan, todaypress.az,