AZAL-a məxsus təyyarənin qara qutuları rəy verilməsi üçün komissiyaya təhvil verildi
Cəmiyyət
15.01.2025 13:50
Aktau yaxınlığında qəzaya uğrayan Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarənin qara qutuları Braziliyadan Qazaxıstana gəlib.
TodayPress xəbər verir ki, bu barədə "RİA" məlumat yayıb.
Qutuların faciənin səbəbləri ilə bağlı rəy vermək üçün komissiyaya təhvil verildiyi açıqlanıb.
Bildirilib ki, növbəti mərhələdə komissiya hadisənin nəticələri ilə bağlı yekun rəyini verəcək.
Töhfə Səməd
tag: AZAL ,Aktau ,Qazaxıstan, Qara Qutu, todaypress.az,