Azad edilmiş ərazilərdə daha 232 mina, 415 PHS aşkarlandı

Cəmiyyət

07.10.2024 19:00

İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (30.09.2024 - 06.10.2024) açıqlanıb.

ANAMA-dan TodayPress-ə verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 159 piyada əleyhinə mina, 73 tank əleyhinə mina, 415 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 2 min 945,1 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

tag: ANAMA, Mina, PHS, Xankəndi, Xocalı, Xocavənd, todaypress.az,