Ayrı-ayrı yerlərdə yağıntı intensivləşəcək– XƏBƏRDARLIQ

Cəmiyyət

06.01.2025 14:00

Bakıda və Abşeron yarımadasında yanvarın 7-si axşamdan 8-i gündüzədək bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində intensivləşəcəyi ehtimalı var.

Milli Hidrometeorologiya Xidmətindən TodayPress-ə verilən məlumata əsasən, Azərbaycanın bəzi şərq rayonlarında yanvarın 7-dən 8-i səhərədək hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının qısa müddətə intensivləşəcəyi ehtimal olunur.

tag: Hidrometeorologiya, Hava, Xəbər, Yağıntı ,todaypress.az,